“Makkabi”nin ”Zirə” ilə oyunlar üçün iştirak ərizəsi açıqlandı

İsrailin “Makkabi” (Təl-Əviv) komandasının “Zirə”yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsi məlum olub.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 25 futbolçu yer alıb:

Qapıçılar: 1. Daniel Perets, 19. Daniel Tenenbaum;

Müdafiəçilər: 4. Enrix Saborit (İspaniya), 5. İdan Naşmias, 27. Ofir Davidzada, 28. Andre Geraldes (Portuqaliya), 30. Maor Kandil, 31. Şahar Piven;

Yarımmüdafiəçilər: 6. Dan Qleyzer, 10. Dan Biton, 11. Eylon Almoq, 14. Yoris van Overeem (Niderland), 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas (Kurasao), 18. Qiaqon Parfait (Fil Dişi Sahili), 21. Şeran Yeini, 22. Avi Rikan, 23. Eyal Qolasa, 26. Tamir Qlezer, 66. Nir Bitton, 77. Matan Hozez;

Hücumçular: 7. Eran Zahavi, 9. Stip Perika (Xorvatiya), 20. Osama Xalaila, 99. Corce Yovanoviç (Serbiya).

“Zirə”nin “Makkabi”yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. “Dalğa Arena”dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki cavab qarşılaşması isə saat 21:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button