“Makkabi”nin seneqallı futbolçusu “Sabah”la oyunu buraxa bilər

İsrailin “Makkabi” (Hayfa) komandası Konfrans Liqasının təsnifat mərhələsinin “Sabah”la oyununa itkilərlə çıxa bilər.

Komanda.az “israelhayom.co.il”-ə istinadən xəbər verir ki, Hayfa təmsilçisinin aparıcı futbolçusu Abdulaye Sek istirahət zamanı zədələnib və hazırda Seneqalda müalicə olunur. Onun ən azı bir həftə də vətənində qalacağı gözlənilir. Yaxın vaxtlarda İsrail klubunun nümayəndələrindən biri ona baş çəkmək üçün Seneqala yollanacaq və ancaq bundan sonra Sekin tezliklə geri qayıdıb-qayıtmayacağı dəqiqləşəcək.

“Sabah” – “Makkabi” oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button