
“Makkabi”nin hücumçusu “Qəbələ” ilə müqavilə bağlayıb
“Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az-ın əldə etdiyi məlumata görə, israilli hücumçu Osama Xalaila Qəbələ təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. Bu barədə artıq futbolçunun “vikipedia” məlumatında da göstərilib.
Son klubu İsrail “Makkabi”si (Təl-Əviv) olan 25 yaşlı futbolçu ötən mövsüm UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Zirə” ilə oyunlarında Təl-Əviv təmsilçisinin heyətində olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin