“Makkabi”nin futbolçusu: “Tarix yaza bilərik”
İsrailin “Makkabi” (Hayfa) komandasının müdafiəçisi Boqdan Planiç Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu, həm bizim, həm də klub üçün vacib oyundur. Qrup mərhələsinə yüksəlmək üçün yaxşı imkanımız var. Bakıdakı qarşılaşmanın ilk hissəsində yaxşı təsir bağışladıq. Ümid edirəm ki, cavab görüşündə də inamlı oynayacağıq və bu, qələbə üçün kifayət edəcək. Uzun müddətdir avrokuboklarda oynamırıq. Sindromu qırmaq üçün əla fürsət əldə etmişik. Yaxşı kollektivimiz var. Yenidən tarix yaza bilərik. Hələ mövsümün əvvəlində öz aramızda bu barədə danışmışdıq. Beynəlxalq arenaya qayıtmağı çox istəyirik”.
Qeyd edək ki, avqustun 26-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.
Bizi Facebook-da izləyin