“Makkabi”nin baş məşqçisi: “Neftçi”ni keçib tarixə düşməliyik”

İsrailin “Makkabi” (Hayfa) klubunun baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Neftçi”nin evdəki kimi yaxşı oynayacağına şübhə etmirəm. Müdafiədəki oyunumuzu daha da təkmilləşdirməliyik. Komandada hər kəs bu matçın önəmini dərk edir. Uğurlu nəticə qazanmalı və tarixə düşməliyik. Hər an oynamağa hazır olan 8 müdafiəçimiz var. Bu və ya digər səbəbdən məcburi rotasiya etdikdə səhvlər qaçılmaz olur. Amma bu, daha çox müdafiə xətti ilə bağlıdır.

İsraildə rəqib komandaları qiymətləndirməmək adətdir. Hədəfimiz birinci matçın ilk hissəsindəki oyunumuzun müddətini daha da artırmaqdır. Məsələni 90 dəqiqədə həll etmək istəyirik”.

Qeyd edək ki, avqustun 26-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button