“Makkabi” yarımmüdafiəçisinin xidmətindən məhrum oldu
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Makkabi” (İsrail) klubunun yarımmüdafiəçisi Uroş Nikoliçi iştirak siyahısına daxil etməməsinin səbəbi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin yarımmüdafiəçisi Uroş Nikoliç qrupun ilk turu çərçivəsində “Qarabağ”la keçiriləcək oyunda iştirak edə bilməyəcək. Buna səbəb 27 yaşlı futbolçunun federasiyada qeydiyyatdan keçirilməməsidir.
Onun adı turnirin qrup mərhələsi üçün təqdim olunan iştirak siyahısına da salınmayıb.
“Makkabi” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin