Makallister Kolumbiya ilə matçı buraxa bilər

Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallister Çiliyə qarşı 3:0 hesablı qələbə ilə başa çatan oyunda zədə səbəbindən əvəzlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina yığmasının baş məşqçisi Lionel Skaloni 25 yaşlı futbolçunun son ayların nəticələrinə əsasən artıq yüklənmə yaşadığını bildirib.

“Liverpul” azarkeşləri Makallisterin vəziyyətindən narahat ola bilərlər. Argentinalı futbolçu “qırmızılar”ın əsas oyunçusudur.

Argentina millisi sentyabrın 10-da Kolumbiya ilə qarşılaşacaq. Makallisterin bu matçda iştirak edib-etməyəcəyi hələ ki, məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button