“Atamı ilk dəfə idi ki, göz yaşları içində görürdüm” – Argentinalı futbolçu
“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister Argentina millisinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qazandığı qələbəni xatırladıb.
Komanda.az “Dave Okkop”-a istinadən xəbər verir ki, argentinalı futbolçu, atasını həmin vaxt ilk dəfə göz yaşları içində gördüyünü bildirib:
“Düşünmürəm ki, oyundan sonra ilk dəqiqələrdə nə baş verdiyini anlaya bilmədik. Atamı ilk dəfə idi ki, göz yaşları içində görürdüm. Və o, yumşaq ürəkli insan deyil! İnanıram ki, bu, heç vaxt unuda bilməyəcəyim bir andır”.
Finalda argentinalılar penaltilər seriyasında daha dəqiq olmaqla Fransa millisinə qalib gəlib.
Aleksis Makallister 2023-cü ilin yayından “Liverpul”da çıxış edir. 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin