“Liverpul”un “diskomfort hiss edən” futbolçusu millinin düşərgəsinə yollanıb
“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister Premyer Liqanın son turunun “Kristal Pelas”la matçında (1:0) fasilədə əvəzlənib.
Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu diskomfort hiss etdiyi üçün komandanın çalışdırıcısı Arne Slot dəyişiklik etmək qərarına gəlib.
Makallister Argentina millisinin düşərgəsinə yollanıb. Lionel Skalonin yetirmələri oktyabrda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Venesuela və Boliviya yığmaları ilə qarşılaşacaq.
Argentina millisi Cənubi Amerikada seçmə mərhələnin turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. Komanda 6 qələbə və 2 məğlubiyyətlə hesabına 18 xal yazdırmağı bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin