
İngiltərəli futbolçu “Mançester Yunayted”i tərk edə bilər
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu yeni klub axtarışına başlaya bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Müqaviləsinin müddəti iki ilə başa çatacaq 20 yaşlı futbolçuya Premyer Liqanın iki klubu və Almaniyadan “Bayern” maraq göstərir. Görünən odur ki, ingiltərəli futbolçu əvvəllər bunun əksini iddia etsə də, komandanın baş məşqçisi Ruben Amorimin planlarına daxil deyil.
2023-cü ildən əsas heyətdə meydana çıxan “Mançester Yunayted”in yetirməsi ötən mövsüm klub səviyyəsində 37 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Mainu İngiltərə millisində 10 oyunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



