“Mainu mənim 19 yaşımdakından 10 dəfə yaxşıdır” – Skoulz
“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz komandanın yarımmüdafiəçisi Kobbi Mainunun oyunu haqda fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, bu barədə keçmiş futbolçu öz sosial şəbəkə hesabında paylaşım edib:
“Keçən həftə onun mənimlə necə müqayisə edildiyini oxudum. Vaxtınızı boşa keçirməyin. Mainu mənim 19 yaşımdakından 10 dəfə yaxşıdır. O, xüsusi oyunçudur”.
19 yaşlı futbolçunun qolu İngiltərə kubokunun finalında “Mançester Siti” ilə görüşdə (2:1) komandasına qələbə qazandırıb.
“Mançester Yunayted” 13-cü dəfə İngiltərə kubokunun qalibi olub. Rekord “Arsenal”a məxsusdur – 14 titul.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin