“Mainu “Liverpul”da əsl superulduz ola bilər” – Keçmiş futbolçu
İngiltərəli futbol mütəxəssisi Cimi Karrager imkanı olsa, “Mançester Yunayted”dən “Liverpul”a hansı futbolçunu aparmaq istəyərdi sualını cavablandırıb.
Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, “Liverpul”un keçmiş müdafiəçisi, Kobbi Mainunun yaşına görə çox yaxşı olduğunu bildirib.
“Düşünürəm ki, mən sadəcə bir gənc oğlanı götürəcəm, Kobbi Mainu. Mainu yaşına görə çox yaxşıdır. O, superulduz kimi görünür. İngiltərəli futbolçu “Liverpul”da əsl super ulduz ola bilər.
“Mançester Yunayted”də eyni mövqedə oynayan futbolçulardan daha kimin yaxşı olduğunu anlamağa çalışıram. Cavab vermək çətindir. Ola bilsin ki, Bruno Fernandes. Hücumameyilli yarımmüdafiəçidir, amma o, həqiqətən də Yurgen Kloppun komandasına uyğun gəlmir. Markus Reşford da yaxşıdır, lakin o, Mainunun yarımmüdafiədə etdiyi kimi bacarıqlı deyil”.
18 yaşlı Mainu bu mövsüm “Mançester Yunayted”in əsas heyətində bütün yarışlarda 21 oyun keçirib, 2 qol vurub.
Bizi Facebook-da izləyin