Mahsudova dünya kubokunda “bürünc” qazandı

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən dünya kubokunda bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, 20 yaşlı idmançı Milli Gimnastika Arenasında təşkil edilən yarışın finalında üçüncü yeri tutub.

O, qadınlar arasında fərdi yarışda 52.910 göstəriciyə imza atıb. Dünya kubokunun qalibi braziliyalı Kamilla Qomes (54.860) olub. Fransalı Lea Labrusse (53.970) gümüş mükafata yiyələnib.

Selcan Mahsudova 2022-ci ildə Bakıda keçirilən dünya kubokunda gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button