
Mahrez üçün İtaliya variantı
“Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Mahrezlə “Milan” klubu maraqlanır.
Əlcəzairli yarımmüdafiəçi “Mançester Siti”yə 40 milyon avroya transfer edilib. “Milan” isə futbolçunun yalnız maaşını ödəməyi planlaşdırır – illik 6 milyon avro.
Mahrez bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 23 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin