
Mahmudovdan yeni rekord
“Neftçi” Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qəbələ”yə uduzub (1:2).
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həmin matç “ağ-qaralar”ın kapitanı Emin Mahmudov üçün əlamətdar olub. O, cari mövsümdə 7-ci dəfə penaltidən qol vurub.
Azərbaycan millisinin üzvü bununla da paytaxt təmsilçisinin heyətində yeni rekorda imza atıb. O, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarında bir mövsümdə ən çox penalti vuran futbolçu adına sahib çıxıb.
Eminə qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namik Ələskərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Ruslanın bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çevirib.
Bizi Facebook-da izləyin