Mahmudov “Neftçi”nin tarixinə düşdü

“Neftçi” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Turan Tovuz”u qəbul edib (4:0).

Komanda.az xəbər verir ki, həmin matç “ağ-qaralar”ın kapitanı Emin Mahmudov üçün əlamətdar olub. 31 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin 1500-cü qolunun müəllifi olub.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından olan “Neftçi” bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt klubunun qarşılaşmadakı 4-cü qolu yubiley xarakteri daşıyıb.

Bununla da “Neftçi” çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. “Ağ-qaralar”ın orta məhsuldarlığı 1,71-ə bərabərdir.

Xatırladaq ki, “Neftçi”nin 1-ci qolunu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada Yunis Hüseynov vurub. 500-cü qola 1999-cu il oktyabrın 31-də “Kəpəz”lə görüşdə Aleksey Stukas, 1000-ci topa 2011-ci dekabrın 4-də “Simurq”la qarşılaşmada Araz Abdullayev imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button