Mahmud Qurbanov “Neftçi”dən ayrıldı
“Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovla may ayının 31-də başa çatacaq müqavilənin müddətinin uzadılmamasına qərar verilib.
Komanda.az xəbər verir ki, bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb.
Klub göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.
2018-ci ildən “Neftçi-2”ni çalışdıran Qurbanov 2020/2021 mövsümündə bu komanda ilə Birinci Divizionun qalibi olub. Onun bundan sonra “Səbail”in əsas komandasını çalışdırması gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin