Mahirsiz qələbə

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasının 22-ci turunda “Ulm”u qəbul edib.

Komanda.az xəbər verir ki, Mahir Emrelinin adı bu matçın iştirak ərizəsinə salınmayıb.

Ötən turda ehtiyatda qaldığına görə narazılıq etmiş Emreli bu gün ümumiyyətlə matçın iştirakçıları arasında yer almayıb.

Son günlər 27 yaşlı hücumçunun komandadan ayrılacağı haqda xəbərlər yayılıb. Onun adı Cənubi Koreyanın “Seul” klubu ilə hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button