Mahirsiz “Legiya” evdə böyük hesabla uduzdu
Futbol üzrə Polşa çempionatında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Radomyak Radom”la qarşılaşıb. Varşava təmsilçisi bu oyunda darmadağına üzülüb – 0:3.
Mahir bu görüşün iştirakçısı olmayıb. Bir müddət öncə azarkeşlərin klub avtobusuna hücumu zamanı başından xəsarət aldığı iddia olunan Emrelinin adı iştirak ərizəsinə də daxil edilməyib.
“Legiya” hazırda 15 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb. Varşava təmsilçisinin ehtiyatda daha bir oyunu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin