Mahirli “Nürnberq” səfərdə uduzdu
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” 2-ci Bundesliqanın 7-ci turunda səfərdə “Hannover”lə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Emreli ilk dəfə komandasının start heyətində yer alıb.
Oyun “Hannover”in 2:0 hesabı qələbəsi ilə başa çatıb. Mahir matçın 75-ci dəqiqəsində – oyunda hesab açılmamış əvəzlənib.
Bu nəticədən sonra “Nürnberq” 7 xalla 14-cü, “Hannover” 13 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin