Mahirli “Legiya” səfərdən xalsız döndü
Futbol üzrə Polşa çempionatında 17-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Krakoviya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu start heyətdə meydana çıxıb və 51-ci dəqiqədə əvəzlənib.
17 turdan sonra 12 xalı olan “Legiya” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin