Mahirli “Konyaspor”dan çempion üzərində əzmkar qələbə
Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da bu gün növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda son çempion “Trabzonspor”la qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşmada futbolçumuzun komandası əzmkar qələbə qazanıb – 2:1.
Mahir də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 71-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Konyaspor” hazırda 45 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin