Mahirli “Konyaspor” evdə xal itirdi
Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da bu gün növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Kayserispor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.
“Konyaspor” hazırda 46 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin