
Mahirli “Dinamo”dan derbidə əzmkar qələbə
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 13-cü tur çərçivəsində Zaqreb “Lokomotiva”sı ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Emreli də bu matçın iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana buraxılıb.
“Dinamo” hazırda turnir cədvəlində 22 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin