
Mahirli “Dinamo”dan çətin qələbə
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 18-ci tur çərçivəsində “Rudes”lə qarşılaşıb.
Zaqreb təmsilçisi evdə qarşılaşdığı bu rəqibinə 1:0 hesabıyla qalib gəlib. Emreli bu matçın 78-ci dəqiqəsində meydana buraxılıb.
“Dinamo” hazırda turnir cədvəlində 33 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin