
Mahirli “Dinamo”dan “Astana”ya 5 qol
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan “Astana”sını qəbul edib.
Oyun “Dinamo”nun 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Emreli də bu oyunun iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin