
Mahirli “Dinamo” səfərdən xalsız döndü
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 12-ci tur çərçivəsində səfərdə “Qoritsa” ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Emreli də bu matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana çıxıb, cəmi bir dəqiqə sonra sarı vərəqə alıb.
“Dinamo” hazırda turnir cədvəlində 19 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin