
“Mahirlə münasibətimizi davam etdirməməyə razılaşdıq”
Almaniyanın “Nürnberq” klubunun idman direktoru Joti Xatsialeksiu cari mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə vidalaşmalarına münasibət bildirib.
Komanda.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin rəsmisi bu barədə klubun saytına açıqlama verib.
O, 27 yaşlı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb:
“Müqavilə müddəti mövsümün sonunda bitəcək oyunçularla bağlı tez qərar vermək bizim üçün vacibdir. Mahirlə yaydan sonra münasibətimizi davam etdirməməyə razılaşdıq. Ona bu mövsüm göstərdiyi səylərə, xüsusən də, fədakarlığına görə təşəkkür edirəm”.
Emreli ötən ilin yayından “Nürnberq”də çıxış edir. O, cari mövsümdə Almaniya təmsilçisinin heyətində 23 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Bizi Facebook-da izləyin



