Mahirlə Hacı təsəlliverici görüşlərdə də uduzdu

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə 57 və 65 kq-da mübarizəyə start verilib.

Mahir Əmiraslanov təsnifat mərhələsində çətinliklə də olsa, qırğız güləşçiyə qalib gəlib. Rusiyalı dünya çempionuyla görüş dramatik keçib. Həmyerlimiz hesabda 3:0 öndə olsa da, üstünlüyü əldən verərək uduzub.Sentyabrın 20-də təsəlliverici görüşdə dünya çempionatının ikiqat bürünc medalçısı olmuş Monqolustan güləşçisiylə qarşılaşan Əmiraslanov gərgin mübarizədə xalların keyfiyyətinə görə rəqibdən geri qalaraq çıxışını başa vurub.

Hacı Əliyev startda 2 il əvvəl dünya çempionatının finalında məğlub etdiyi Hacımurad Rəşidovla qarşılaşıb. Hakimlərin müəmmalı qərarlarıyla Hacı görüşdən məğlub ayrılıb. Rəqib finala yüksəldiyi üçün Əliyev sentyabrın 20-də təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Üçqat dünya və üçqat Avropa çempionu əvvəlcə misirli həmkarına şans tanımayıb. Ancaq son dünya çempionu Takamura Otoquroyla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılan titullu güləşçimiz mübarizəni dayandırıb.

57 kq
Təsnifat – Mahir Əmiraslanov – Ulukbek Joldoşbekov (KGZ) 5:4
1/16 final – Mahir Əmiraslanov – Zavur Uquyev (RUS) 3:4
Təsəlliverici görüş – Mahir Əmiraslanov – Bexbayar Erdenebat (MGL) 4:4*

65 kq
Təsnifat – Hacı Əliyev – Hacımurad Rəşidov (RUS) 2:4
Təsəlliverici görüş – Hacı Əliyev – Əmr Ramazan Hüseyn (EGY) 10:1
Təsəlliverici görüş – Hacı Əliyev – Takuto Otoquro (JPN) 9:11

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button