
Mahirin oynadığı oyunda “Nürnberq” yenə xal itirdi
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçunun çıxış etdiyi komanda 2-ci Bundesliqanın 14-cü turunda “Fortuna”nı (Düsseldorf) qəbul edib.
Qarşılaşma heç-heçə yekunlaşıb – 2:2. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran Nürnberq təmsilçisi 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin