Mahirin “Legiya”dan ayrılığı rəsmiləşdi!
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun rəsmi saytındakı açıqlamada bildirilir ki, 24 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 2021-ci ilin iyulunda “Qarabağ”dan “Legiya”ya transfer olunmuş Mahir, bu komandanın heyətində bütövlükdə 33 rəsmi oyuna çıxıb və 11 qol vurub. Lakin ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra o, Varşava təmsilçisindən ayrılmağa qərar vermişdi. Millimizin üzvü bu üzdən komandanın qış təlim-məşq toplanışına qatılmaqdan da imtina etmişdi.
Artıq Mahirin karyerasını hansı klubda davam etdirəcəyi də məlumdur. O, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə anlaşıb. Hücumçu yeni klubunda tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün Zaqrebə yollanıb.
Bizi Facebook-da izləyin