Mahirin komandasının toplanışa başlayacağı vaxt məlum olub
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasının təlim-məşq toplanışına başlayacağı vaxt müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisi rəsmi saytında məlumat yayıb.
Komanda yanvarın 4-də klubun bazasında bir araya gələcək. Bir gün sonra start götürəcək hazırlıq prosesi 7 gün davam edəcək.
Komanda yanvarın 12-də iki yoxlama matçı ilə toplanışa yekun vuracaq.
“Nürnberq” 2-ci Bundesliqada 17 turdan sonra 22 xalla 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin