
Mahirin komandasının Almaniya kubokundakı rəqibi bəlli oldu
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern”in Almaniya kubokunda rəqibi məlum olub.
Komanda.az xəbər verir ki, “Kayzerslautern” turnirin 1-ci mərhələsində “RSV Aytraxt 1949” komandası ilə üz-üzə gələcək.
Qarşılaşma avqustun 17-də keçiriləcək.
Emreli ötən gün “Kayzerslautern”lə 3 illik müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin