Mahirin komandasından “qızıl dubl”
Xorvatiya kubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su həlledici oyunda “Riyeka” ilə qarşılaşıb.
Zaqrebdə keçirilmiş ilk oyunda qol vura bilməyən “Dinamo” səfərdə 3:1 hesabıyla qalib gəlməklə növbəti tituluna sahib çıxıb.
Mahir bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Xatırladaq ki, bu, “Dinamo”nun Xorvatiya kubokunda 16-cı zəfəridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin