Mahirin komandasından ardıcıl 6-cı məğlubiyyət
Futbol üzrə Polşa çempionatında 14-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Stal”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl altıncı məğlubiyyətidir.
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu 75-ci dəqiqədə əvəzlənib. O, 39-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
14 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin