Mahirin komandası böyük hesabla uduzdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya 2-ci bundesliqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, onun çıxış etdiyi “Nürnberq” turnirin 28-ci turunda öz meydanında “Hamburq”u qəbul edib.

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Emreli də bu matçın iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana buraxılıb. 28 yaşlı futbolçu 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

“Nürnberq” hazırda 41 xalla 9-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button