Mahirin iştirakçısı olduğu matçın ən yaxşısı seçilən futbolçudan açıqlama

“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə oyunda qazanılan qələbəni (2:1) şərh edib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan futbolçu, oyunun ən yaxşısı seçilməsi haqda da fikirlərini bölüşüb:

“Biz sistemdə bir az dəyişiklik etdik. Bu, mənə yarımmüdafiəçi kimi öz işimlə məşğul olmağa və irəli getməyə imkan verdi. Özümü yaxşı hiss etdim. Bu, mənim üçün yaxşı mövqedir.

Denis Zakariya inanılmaz idi. O, məndən daha çox oyunun ən yaxşısı seçilməyə layiqdir və qol vurdu!”

Maunt “Dinamo” ilə görüşün ən yaxşısı seçilib.

Zaqreb klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir. O, “Çelsi” ilə matçın 70-ci dəqiqəsində meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button