Mahirin dublu “Legiya”nı qrup mərhələsinə daşıdı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” komandasında növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, o, Avropa Liqasında pley-off mərhələsi çərçivəsində Praqa “Slaviya”sı (Çexiya) ilə cavab oyununun iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə ilk oyunu səfərdə keçirmiş və həmin oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab görüşündə hesabı Çexiya təmsilçisi açıb. Qarşılaşmaya start heyətdə başlamış Mahir, 59-cu dəqiqədə hesaba tarazlıq gətirib. O, 70-ci dəqiqədə daha bir qol vurmaqla komandasını önə keçirib. Qarşılaşma 2:1 hesabıyla “Legiya”nın xeyrinə bitib. Beləcə, iki oyunun nəticəsinə görə 4:3 üstün olan Polşa çempionu, Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanıb.
Qeyd edək ki, Mahir bu görüşün 80-ci dəqiqədə əvəzlənib.
Bizi Facebook-da izləyin