“Mahiri meydana buraxmaqla oyunu dəyişməyi hədəfləmişdik”
Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” Türkiyə Super Liqasının 32-ci turunda doğma meydanda “Trabzonspor”u 2:1 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki. Mahir bu qarşılaşmada 46-cı dəqiqədə meydana daxil olub. Konyalıların baş məşqçisi Aleksandar Stanoyeviç 27 yaşlı forvardı ehtiyatda saxlamasının səbəbini açıqlayıb. Serbiyalı mütəxəssis Emrelini zədədən qorumaq üçün ikinci hissədə meydana buraxdığını bildirib:
“Zədələrinə görə Mahiri ikinci hissədə oyuna buraxdım. Sonradan həmlə edə bilmək üçün onu qorumaq istədim. Mahiri meydana buraxmaqla oyunu dəyişməyi hədəfləmişdik”.
“Konyaspor” hazırda Super Liqada 45 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin