Mahirdən ikinci het-trik, 30-cu qol
Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə üçüncü het-trik qeydə alınıb.
Komanda.az xəbər verir ki, bu, 27-ci turun “Qarabağ” – “Səbail” görüşünə təsadüf edib. Komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda üç qol vuran Mahir Mədətov, mövsümdə ikinci dəfə het-trik müəllifi olub. O, 8-ci turun “Keşlə”ylə ev matçında da (5:1) üç dəfə fərqlənmişdi. Mövsümün digər het-triki də “Qarabağ” futbolçularının hesabındadır. 14-cü turun “Zirə”ylə oyununda (6:0) Dani Kintana üç qol vurub.
Mahirin vurduğu ilk top onun üçün yubileylə də əlamətdar olub. Hücumçu, Premyer Liqada 30-cu dəfə fərqlənib. Ümumilikdə 32 qol sevinci yaşayan Mədətov, 102-ci matçında bu rəqəmə çatıb. O, bütün qollarını “Qarabağ”da vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin