Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı

Avstriyada təlim-məşq toplanışında olan Polşanın “Legiya” klubu bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi komanda yerli “Bişofshofen”lə qarşılaşıb.

Polşa çempionu bu oyunda darmadağına çevirib. “Legiya” rəqib qapısından beş cavabsız qol keçirib – 5:0.

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Komandasının vurduğu qollardan üçünə məhz Emreli imza atıb. Azərbaycan yığmasının hücumçusu 6, 22 və 36-cı dəqiqələrdə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button