Mahir zədə aldı, “Dinamo” qalib gəldi
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” (Zaqreb) yoxlama oyunu keçirib
Komanda.az xəbər verir ki, Xorvatiya təmsilçisi Sloveniya “Roqaşka”sı ilə qarşılaşıb.
Matç “Dinamo”nun qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu Sandro Kulenoviç vurub.
Oyun 3 hissədən ibarət olub (hər biri 30 dəqiqə). Mahir Emreli ikinci yarım saatda meydanda olub. Azərbaycanlı futbolçu bu oyunu zədəli halda başa vurub. Onun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcəyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin