Mahir üçün bir hissə və növbəti məğlubiyyət

“Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Mahir Emrelinin komandası 16-cı turda “Köln”lə qarşılaşıb.

Səfərdə keçirilən qarşılaşma azərbaycanlı futbolçunun komandası üçün uğursuz alınıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mahir “Köln”lə matçın start heyətində yer alsa da, hesab 0:3 olarkən fasilədə əvəzlənib.

“Nürnberq” 19 xalla 13-cü pillədə yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button