Mahir penaltidən yararlana bilmədi, “Legiya” yenə uduzdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avropa Liqasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşanın “Legiya” komandasının İngiltərə “Lester Siti”si ilə səfər matçının iştirakçısı olub.

Azərbaycanlı hücumçu bu oyuna start heyətdə başlayıb. Mahir 25-ci dəqiqədə real qol şansını əldən qaçırıb. O, penaltidən yararlana bilməyib. Emrelinin zərbəsini meydan sahiblərinin qapıçısı Kasper Şmeyxel dəf edib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib. Serbiyalı müdafiəçi bu qolla hesab arasındakı fərqi azaldıb – 1:2. Sonradan daha bir qol vuran meydan sahibləri meydanı 3:1 hesablı qələbə ilə tərk ediblər. Mahir isə 78-ci dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button