Mahir oynadı, komandası səfərdən xalsız qayıtdı

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, o, 3-cü turda “Kayzerslautern”in əsas heyətində yer alıb.

Səfərdə “Elversberq”in qonağı olan Mahirin komandası məğlubiyyət acısı yaşayıb. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli görüşün 72-ci dəqiqəsində əvəzlənib.

“Kayzerslautern” ilk 3 turda iki dəfə uduzub, bir dəfə qalib gəlib. Komandanın növbəti rəqibi “Darmştadt” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button