Mahir “Hayduk”la matçın ən yaxşısı seçildi
Xorvatiya çempionatının 9-cu turundan təxirə salınmış “Hayduk” – “Dinamo” (Zaqreb) oyununda (0:1) futbolçuların çıxışı dəyərləndirilib.
Komanda.az xəbər verir ki, “sportske novosti” portalı Zaqreb təmsilçisində çıxış edən azərbaycanlı futbolçu Mahir Emreliyə 6 xal verib. Komandada daha 7 oyunçu eyni qiymətə layiq görülüb. Amma portal Emrelini sözügedən matçda “Dinamo”nun ən yaxşı futbolçusu seçib.
Mahir “Hayduk”a uduzduqları oyunda iki dəfə qol vurmağa yaxın olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin