“Mahir Emreliyə vaxt verdik” – Kloze

“İlk qol işimizi asanlaşdırdı”.

Komanda.az zəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniyanın 2-ci Bundesliqasının 9-cu turunda “Qroyter Fyurt”a səfərdə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, futbolçuları haqqında xoş ifadələr işlədib:

“Onların enerjisi, münasibəti məni heyran etdi. Matç ərzində fantastik çıxış etdilər. Biz də belə oyun istəyirdik. Bu, məni çox sevindirdi”.

Almaniyalı baş məşqçi Mahir Emreli və Stefanos Tsimas tandeminin uğurlu alındığını vurğulayıb:

“Mahir Emreli zədədən çox əziyyət çəkmişdi. Amma ona vaxt verdik”.

Mahir Emreli sözügedən oyunda komandasının ilk qoluna imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button