![](https://komanda.az/wp-content/uploads/2024/11/Emreli-Kloze.jpg)
“Mahir Emreliye ehtiyacım var və bunu dəfələrlə ona söyləmişəm” – Kloze
Almaniyanın “Nürnberq” komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis 2-ci Bundesliqanın 21-ci turunda “Maqdeburq”a səfərdə qalib gəldikləri (4:3) görüşdə Mahirə şans verməməsinə aydınlıq gətirib:
“Şənbə günü Mahir üçün asan olmadı. Bu səbəbdən onunla yenidən danışdım. Onunla daim əlaqə saxlayıram. Amma bu oyunçuya ehtiyacım var və mən bunu dəfələrlə ona söyləmişəm. Mahir bəzən qərarların onun əleyhinə deyil, başqası üçün verildiyini başa düşməlidir. 50 beynəlxalq oyun keçirib. Ona görə bunun onu narahat etməməsi yanlış reaksiya olardı”.
Bundan əlavə, “Bild” nəşri Emrelinin klubdan ayrılacağını və Cənubi Koreyaya köçəcəyini iddia edir. Amma hələlik bununla bağlı rəsmi təsdiqin olmadığı da vurğulanıb.
Mahir Emreli mövsümün əvvəlində “Nürnberq”ə transfer olunub.
Bizi Facebook-da izləyin