Mahir Emrelinin yeni klubu xorvat yarımmüdafiəçi ilə gücləndi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” klubu heyətinə yeni oyunçu qatıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Xorvatiyanın “Şibenik” klubundan gənc yarımmüdafiəçi Niko Rakı transfer edib.

19 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub. O, yeni komandasında 27 nömrəli formanı geyinəcək. Konyalılar bu transfer üçün “Şibenik”ə 200 min avro ödəyiblər.

Rak “Şibenik”in yetirməsidir. O, bu klubun əsas komandasında meydana çıxdığı 47 oyunda 2 qol da vurub. Gənc futbolçu Xorvatiyanın U-19 yığmasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button