“Mahir Emrelinin yanında ikinci hücumçuya ehtiyac var”
Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç Avstriya “Bişofshofen”inə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 5:0 hesabıyla qalib gəldikləri görüşdə het-trikə imza atan azərbaycanlı hücumçu Mahir Emrelidən də danışıb:
“Mahir Emreli məşqlərdə gördüyümüz keyfiyyətini burada da sübut etdi. Onun yaxşı texnikası var, oyunu oxuyur və son vuruşları effektivdir. Fərqlənmək üçün daim münasib vəziyyət axtarır və əla zərbələrə malikdir. Rəqibin cərimə meydançasına daxil olmağı sevir. Bu da onu göstərir ki, Mahirin yanında ikinci hücumçuya ehtiyac var. Topla yaxşı oynadığından 3-5-2 sisteminə də uyğun gəlir”.
Qeyd edək ki, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutan yoxlama oyununda 60 dəqiqə meydanda olan Mahir Emreli, 6, 22 və 36-cı dəqiqələrdə qol vurub.
Bizi Facebook-da izləyin